Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM,  Spartak İC, BTİ, Atletika İK, Məhsul İC,Ümid İK və AzDBTİA-nı təmsil edən 110 nəfər idmançı  iştirak etmişdir.  Nəticələrə görə kişilər arasında üçtəkanla tullanmada Aslanov Orxan (Atletika İK), 400 m məsafədə Abbasov Arif (Neftçi İKİB), 800 m məsafədə İbrahimov Hakim (Neftçi İKİB), 3000 m məsafədə Aranoviç Andrey (Məhsul İC), uzunluğa tullanmada Bayramov Eyyub (Neftçi İKİB), yadro növü üzrə Babayev Rasim (Təhsil RİM), 200 m məsafədə Kasilov Yevgeniy  (Spartak İC), 1500 m məsafədə Abışov Elman (AzDBTİA), 60 m məsafədə Buliçev Valentin (Neftçi İKİB), 60 m məsafəyə sədlərlə qaçış Məmmədov Rahib (Ümid İK), hündürlüyə tullanmada Əhmədov Azər (Neftçi İKİB), qadınlar arasında isə 1500 m məsafədə Məmmədova Elmira (Titan İK), üçtəkanla tullanmada Sarıyeva Yekaterina (Atletika İK), 400 m məsafədə Əmiraslanova Özləm (Təhsil RİM), 60 m məsafədə Pextireva Yelena  (BTİ-Atletika), yadro növü üzrə Musayeva Fatimə (BTİ),  uzunluğa tullanmada Sarıyeva Yekaterina  (Atletika İK), 800 m məsafədə Əmiraslanova Özləm (Təhsil RİM), 200 m məsafədə Həsənova Zəkiyyə (Neftçi İKİB) I yerlərə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir