Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Şagan Olimpiya İdman Kompleksində  cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur. Birincilikdə RİOEUGİM, İOEUGİM, Atilla İKİB, Bakı Cüdo Klubu, Balaxanı OİK, DİN İC, Judo Club 2012, İppon İK, Lokomotiv İSM, MOİK, Masallı, Berde, Göyçay, Neftçi İKİB, Ruslan  İSM, ROİL, 9 saylı UGİM, 10 saylı UGİM, 11 saylı UGİM, 14 saylı UGİM, Zenit İC, Zirve İK Ucar, Turan, RKİM, Ümid İK və bir çox klubları təmsil edən   idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparmışdır.

    Nəticələrə görə 2002-2003  təvəllüdlü oğlanlar arasında 30 kq çəki dərəcəsində  Hanasov Məhəmməd (13 saylı İOEUGİM), 34 kq çəki dərəcəsində  Salayev Rəşad (UGİM-9), 38 kq çəki dərəcəsində Zamanlı Şükran (Neftçi İKİB), 42 kq çəki dərəcəsində Fəttahov Çingiz (Neftçi İKİB) 46 kq çəki dərəcəsində İsmayılov Nahid (Lokomotiv İSM), 50 kq çəki dərəcəsində Rzazadə Mətin (RİOEUGİM-1), 55 kq çəki dərəcəsində Əlizadə Murad (RİOEUGİM-1), 60 kq çəki dərəcəsində Əhmədov Məhəmməd (UGİM-9), 66 kq çəki dərəcəsində Bayramlı Əliheydər (İOEUGİM-13), +66 kq çəki dərəcəsində Məmmədov Hüseyn (İOEUGİM-13), qızlar arasında isə 40 kq çəki dərəcəsində Nəsibova Fatimə (UGİM-9), 44 kq çəki dərəcəsində Məmmədli Fatimə (RİOEUGİM-2), 48 kq çəki dərəcəsində Məmmədova Zeynəb (Qəbələ), 52 kq çəki dərəcəsində İskəndərova Əsmər (Neftçi İKİB), 57 kq çəki dərəcəsində Nəbiyeva Sənubər (DİN İC), 63 kq çəki dərəcəsində Rəhimova Fidan (RİOEUGİM-1) I yerlərə layiq görülmüşlər.

      2004-2005  təvəllüdlü oğlanlar arasında 27 kq çəki dərəcəsində Əhmədov Həsən (Balaxanı OİK), 30 kq çəki dərəcəsində  Əliyev Murad (Zirvə İK), 34 kq çəki dərəcəsində Məmmədgil Alpər  (Zirvə İK), 38 kq çəki dərəcəsində Rzayev Aydın (İOEUGİM-13), 42 kq çəki dərəcəsində Əmrəyev Əli (İOEUGİM-13), 46 kq çəki dərəcəsində İsmayılov Raqif (Elxan İK), 50 kq çəki dərəcəsində Əlizadə Rəfael (UGİM-9), 55 kq çəki dərəcəsində Bağırov Məhəmməd (RİOEUGİM-1), +55 kq çəki dərəcəsində Ağaquliyev Murad (RİOEUGİM-2), qızlar arasında isə 28 kq çəki dərəcəsində Hüseynova Rəmziyyə (Lokomotiv İSM), 32 kq çəki dərəcəsində İsgəndərova Fəridə (RİOEUGİM-2), 36 kq çəki dərəcəsində Abbasova Lətifə (İOEUGİM-13), 40 kq çəki dərəcəsində Əsədova Cəmilə (RKİM), 44 kq çəki dərəcəsində Məmmədova Ülya (Turan), 48 kq çəki dərəcəsində Xəlilova Aytən (RİOEUGİM-1) I yerlərə layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir