20 yanvar faciəsinin XXVI ildönümünə həsr olunmuş sərgi keçirilmişdir

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Rəsm Qalereyasında rəsm əsərləri üzrə 20 yanvar faciəsinin XXVI ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda müsabiqə keçirilmişdir. Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağabəy İbrahimov iştirak edib.

   Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndirilib. Daha sonra mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müstəqilliyimizin əldə olunmasında şəhidlərin rolundan, onların qəhrəmanlığından danışıb. Şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasında belə tədbirlərin xidmətini qeyd edib.

Sərgidə 60-a yaxın rəsm əsərlərii nümayiş etdirilmışdır. Nümayiş etdirilən 60 əsər, əsasən, qrafik janrda, müxtəlif texnikalarda işlənmişdir. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 yanvar faciəsinin real görüntülərini yaratmışlar.

   Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçirmişlər. Sonra isə orta məktəb şagirdləri arasında “20 yanvar facıəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir”mövzusunda keçirilən rəsm müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçıların mükafatlandırma mərasimi keçirilmişdir.

    I yerə  Fidan Cəfərova (Binəqədi rayonu), II yerə Nigar Nağdıyeva (Yasamal rayonu), III yerə Həzrətəli Məcidov (Nərimanov rayonu ) layiq görülmüşlər.

     I, II, III yerləri tutmuş və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri ilə təltif olundular.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir