Cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vuruldu

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Şagan Olimpiya İdman Kompleksində  cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur. Birincilikdə Neftçi (İKİB), Qəbələ, Atilla (İKİB), 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM), 10 saylı Uşaq Gənclər İdman Məktəbi (UGİM), Lokomotiv (İSM), Fövqəladə Hallar, Turan (İK), Judo Club 2012, Bakı Cüdo Klubu, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (İOEUGİM), Mərkəzi Ordu İdman Klubu (MOİK) və bir çox klubları təmsil edən   idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparmışdır.

   Nəticələrə görə  kişilər arasında arasında 55 kq çəki dərəcəsində  Naib İsmayılov (Atilla İKİB), 60 kq çəki dərəcəsində  Fərid Qardaşxanov (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Yusif Heydərov (Lokomotiv İSM), 73 kq çəki dərəcəsində Çingiz Əhmədov (Qəbələ), 81kq çəki dərəcəsində Coşqun Abdullayev (Atilla İKİB), 90 kq çəki dərəcəsində Aslan Mirzəyev (Neftçi İKİB), 100 kq çəki dərəcəsində Famil Gülüzadə (İOEUGİM-13), +100 kq çəki dərəcəsində Məhəmmədəli Babayev (Qəbələ), qadınlar arasında isə70 kq çəki dərəcəsində İzafət Abdullayeva (UGİM-10), 78 kq çəki dərəcəsində Nərminə Əlizadə (Qəbələ)I yerlərə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir