Baş İdarə universitetdə görüş keçirdi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Qərb Universitetində tələbələr və müəllim heyəti ilə görüş keçirib.  Görüşdə Qərb Universitetinin rektoru Zemfira Məmmədova, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Pekin Yay Olimpiya Oyunlarının cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və digər rəsmi qonaqlar iştirak ediblər.

   Qərb Universitetinin rektoru Z. Məmmədova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O, Azərbaycanda gəncliyin inkişafı istiqamətində aparılan işlərdən, dövlətin gənclərə diqqət və qayğısında söz açıb. Rektor gənclərimizin yüksək nailiyyətlər əldə etdiklərini vurğulayıb.

   BŞGİBİ-nin rəisi Raqif Abbasov 2 fevral – Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə hədiyyəsi olduğunu bildirib. O, Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Baş İdarə rəisi ölkədə gənclər üçün yaradılan şəraitdən, Azərbaycan gəncliyinin inkişafından danışıb.

    R. Abbasov dövlət tərəfindən gənclərə xüsusi diqqət göstərildiyini deyib.

    Daha sonra digərləri çıxış edərək, Azərbaycanın gənclər siyasəti haqqında danışıblar.

    Tədbirdə qəbul olunması nəzərdə tutulan “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı haqqında geniş məlumat verilib, müzakirələr aparılıb.

      Təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən bir qrup gənc Baş İdarə tərəfindən təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir