Gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vuruldu.

    03-04 fevral 2016-cı il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası  tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Yarışda 1996-1998-ci il təvəllüdlü gənclər arasında sərbəst güləş üzrə Neftçi İKİB,  6№-li UGİM, Pəhləvan İK, Azəri İK, Hövsan OİK, Gömrükçü İK, DİN İC, Turan İK, Xosrov Cəfərov GK, Nardaran, Şağan OİK, Zenit İC, Lokomotiv İSM-ni təmsil edən 70 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 50 kq çəki dərəcəsində  Şahin Muxtarov (X.Cəfərov), 55 kq çəki dərəcəsində Mahir Mahmudov (Şağan OİK), 60 kq çəki dərəcəsində Elmar İbrahimov (Azəri), 66 kq çəki dərəcəsində Alı Osmanlı (X.Cəfərov), 74 kq çəki dərəcəsində Ceyhun Kərimzadə (Neftçi İKİB), 84 kq çəki dərəcəsində Cavid Sadıqov (Neftçi İKİB), 96 kq çəki dərəcəsində Fərid Məmmədov (Nardaran), 120 kq çəki dərəcəsində Adəm Cəlilov (Azəri) I yerə layiq görülmüşlər.

    Yunan –  roma güləşi üzrə  Neftçi İKİB, Cəngi İK, Məhsul KKHKİC, Pirallahı, MOİK, Gənclik TİC, 1№-li RİOEUGİM, Spartak İC,  16№-li UGİM, Olimp İK, Pəhləvan İK, Hövsan OİK, Gömrükçü İK, DİN İC-ni təmsil edən 76 idmançı 8 çəki dərəcəsi üzrə mübarizə aparmışlar. Nəticələrə görə 50 kq çəki dərəcəsində  Seymur Hüseynov (Neftçi İKİB), 55 kq çəki dərəcəsində Ziyad Zeynalov (Neftçi İKİB), 60 kq çəki dərəcəsində Elvin Namazlı (Neftçi İKİB), 66 kq çəki dərəcəsində Sənan Süleymanov (MOİK), 74 kq çəki dərəcəsində Mehrac Kərimov (Neftçi İKİB), 84 kq çəki dərəcəsində Arif Niftullayev (Neftçi İKİB), 96 kq çəki dərəcəsində Nizami Şəmilov (Azəri), 120 kq çəki dərəcəsində Cavid Feyziyev (Pəhləvan İK) I yerə layiq görülmüşlər.

     Sərbəst güləş üzrə yarışlarda I-III yerləri, yunan-roma güləşi üzrə yarışlarda isə I-V tutmuş idmançılar  Respublika turnirinə vəsiqə əldə etmişlər.

     Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir