Bakıda gənclər Türkiyə səfirliyi önünə toplaşdılar

   Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gənclər və idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Ankarada baş vermiş dəhşətli terror aktında dünyasını dəyişmiş insanları yad etmək məqsədilə ölkəmizdəki Türkiyə Respublikasının səfirliyinin qarşısına toplaşmışlar.  Gənclər səfirliyin önünə gül dəstələri qoyub, ölkələrimizin bayraqlarını dalğalandıraraq terror qurbanlarının xatirəsini yad etmişlər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləmiş, cinayətkarları ən sərt  cəzalandırılmasını tələb etmişlər.

   Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq terror dəhşətinin nə dini nə də milləti olmadiğini vurğulamış, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildirmişlər.

    Dünyasını dəyişmiş insanların ailələrinə baş sağlığı verir, Allahdan rəhmət diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir