Xocalı soyqırımının XXIV ildönümünə həsr olunmuş tədbir keçirildi.

     Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının XXIV ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənclərin iştirakı ilə toplanti  keçirildi.

   Tədbir açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndi. Xocalı soyqırımını əks etdirən video rolik tədbir iştirakçılarına göstərildi.

    Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyası ictimai siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Adil Əliyev, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz,  Tələbə Gənclər Təşkilatlarının nümayəndələri,  tələbələr,  valideyn və müəllimlər iştirak etmişlər.

   Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar.

  Tədbirin sonunda orta məktəb şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazi müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırıldılar. I yerə Qaradağ rayonu 139 saylı orta məktəbin  şagirdi Rüfət Rəhimov, II yerə Nizami rayonu 10 saylı orta məktəbin  şagirdi Məhrubə Abdullayeva, III yerə isə Binəqədi rayonu 182 saylı orta məktəbin  şagirdi Nərmin İbrahimova layiq görüldülər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir