“Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Rəsm Qalereyasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.  Məlumat üçün bildirək ki, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edirdi. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənmişdir. Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov iştirak etmişlər. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Dövlət himni canlı olaraq səsləndi. Sonra tədbir iştirakçılarına  Xocalı qətliamı haqqında geniş məlumat verildi.

   Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli  diplom və hədiyyələr  təqdim etdilər. Belə ki, Yasamal rayonundan Mirəhməd Musayev  1-ci yer, Suraxanı rayonundan Günay Mazanova  2-ci yer, Nizami rayonundan Fidan Rzazadə  isə 3-cü yerə layiq görüldü. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir