N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinın təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.

  Tədbirdə baş idarənin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov çıxış edərək Gənclər və İdman Nazirliyi və Baş İdarənin rəhbərliyi adından Novruz bayramı münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.

   Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.

  Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkür etmiş, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, matros və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirmişdir.

   Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam etmiş, əsgərlər vətənpərvərlik mahnılarının sədaları altında rəqs etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir