Kikboks üzrə Binəqədi rayon açıq birinciliyi keçirilmişdir.

  “Cənub” idman klubunda “31 Mart-Azərbaycanlılarının soyqırımı günü”nə həsr olunmuş kikboks üzrə Binəqədi rayon açıq birinciliyi keçirilmişdir.    Birincilikdə ümumilikdə 8 komanda (“Cənub” idman klubu, Qobustan, Yardımlı-Viləş, Neftçi, Rabitə, Mərkəzi Ordu İdman Klubu, Legioner, Masallı idman klubları ), 85 nəfər idmançı iştirak etmişdir.

    Yarışın nəticəsinə görə “Cənub” idman klubu I yeri, “Yardımlı-Viləş” idman klubu II yeri, “Neftçi” idman klubu III yeri tutmuşdur.

    Qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir