“Breyn-ring” intellektual oyunu keçirilmişdir.

   Suraxanı rayon Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Suraxanı rayonu üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Tədbirdə SRGİİ-nin rəisi Amil Bağırov  ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır. Yarışda 34 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə 76 saylı tam orta məktəb,  II yerə 327 saylı tam orta məktəb, III yerə isə 85 saylı tam orta məktəb layiq görülmüşlər.

     Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 Tədbirin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir