Tələbələr və gənclər arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər Gənclər Evində  tələbələr və gənclər arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

  Oyun 1o komanda arasında olimpiya sistemi üzre keçirilmişdir. Hər turda komandalara 5 sual verilmişdir və gərgin keçən mübarizədən sonra qalib komandalar müəyyən edilmişdir. Nəticələrə görə, “Gənc Müəllimlər” komandası birinci yerə layiq görülmüşdür. İkinci yerə “MeqaPolis” komandası, üçüncü yerə isə “Xilasedicilər”komandası çıxmışdır.

  Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir