Qax rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.

  Qax rayonunda kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfndən ezam olunmuş Bakı komandası da bu yarışda iştirak edib. Ümumilikdə kross qaçışı üzrə Respublika çempionatında 6 komanda (Bakı, Sumqayıt, Qax,  Astara, Balakən, Gəncə) iştirak edib. Nəticələrə görə, qızlar arasında 1km- Jalə Rəhimzadə (Bakı), 2km-Aidə Hacıyeva (Bakı),  6 km-Aynur Əsgərova (Bakı), 8 km-Rəqsanə Rəcəbli, kişilər arasında 10km-  Zaman Pirverdiyev (Gəncə),  2km-Rüstəm Seyidov (Bakı), 3km-İlham Abışov (Bakı), 8km- Andrey Aranoviç (Bakı),  veteran idmançılar arasında   Tapdıq Dadaşov (Sumqayıt),  Albert Menyayev (Bakı),  Ruslan Hüseynov (Gəncə) I yerlərə layiq görülmüşlər. Komanda hesabında Bakı I yeri, Qax II yeri, Sumqayıt III yeri tutmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir