Yeniyetmələr arasında boks üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur.

    Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində yeniyetmələr arasında  boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 237 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 38,5 kq çəki dərəcəsində Əli Zamanov (ROİL), 40 kq çəki dərəcəsində Əsəd Ağayev (Cəlilabad), 41,5 kq çəki dərəcəsində Ruslan Qədirov (Rabitə İK), 43 kq çəki dərəcəsində Fərxan Mustafayev (UGİM-8), 44,5 kq çəki dərəcəsində Şahbazbəyli Cavadxan (Ağdam), 46 kq çəki dərəcəsində Sənan Mehdiyev  (ABF), 48 kq çəki dərəcəsində Rəşid Həsənov (Rabitə İK), 50 kq çəki dərəcəsində Eıgün Sultanov (Neftçi İKİB), 52 kq çəki dərəcəsində Əzrək Bəbirov (Rabitə İK), 54 kq çəki dərəcəsində Murad Eminli  (Zenit İK), 56 kq çəki dərəcəsində Nahid Rəcəbli (Sumqayıt), 59 kq çəki dərəcəsində Asif Hüseynov (Gəncə), 62 kq çəki dərəcəsində Mehman Quliyev (Ağcabədi),  65 kq çəki dərəcəsində Seyran Həsənzadə (Neftçi İKİB), 68 kq çəki dərəcəsində Tofiq Baxışov (Rabitə İK), 72 kq çəki dərəcəsində Murad Allahverdiyev (Tərtər), 76 kq çəki dərəcəsində Əsəd Baxışov (Sumqayıt), +76 kq çəki dərəcəsində Ömər Əbdülmanqud (Sumqayıt) I yerlərə layiq görülmüşlər.

   I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir