Üzgüçülük üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə   Bakı şəhər  birinciliyi keçirilmişdir. Birincilikdə  klub və cəmiyyətləri təmsil edən 336 idmançı iştirak etmişdir. Nəticələrə görə 50 m sərbəst üsulla I yerə İlahə Rəciyeva  (Sumqayıt), Fuad Rəcəbli  (Sumqayıt), 100 m sərbəst üsulla I yerə Almaz Əliyeva (Sərhədçi OİM), Fuad Rəcəbli (Sumqayıt),  100 m brass üsulla I yerə Mələk Qayıbova (Sərhədçi OİM), Əli İsrafilov (Sərhədçi OİM), 100 m batterflyay üsulla İlahə Rəciyeva(Sumqayıt), Ruslan Dünyamalıyev (Start),  100 m arxası üstə üsulla  I yerə İlahə Rəciyeva (Sumqayıt), Fuad Rəcəbli (Sumqayıt), 200 m batterflyay üsulla İlahə Rəciyeva (Sumqayıt), Elyar Cahangirbəyov (Sərhədçi OİM),   200 m arxası ustə üsulla I yerə Almaz Əliyeva (Sərhədçi OİM), Elyar Cahangirbəyov (Sərhədçi OİM), 200 m qarışıq üsulla I yerə İlahə Rəciyeva (Sumqayıt), Elyar Cahangirbəyov (Sərhədçi OİM), 200 m  brass üsulla I yerə Mələk Qayıbova  (Sərhədçi OİM), Vəli İsrafilov (Sərhədçi OİM), 200 m sərbəst üsulla I yerə Almaz Əliyeva (Sərhədçi OİM), Fuad Rəcəbli (Sumqayıt), 400 m sərbəst üsulla I yerə Yana Stisyuk (Təhsil RİM), Elyar Cahangirbəyov (Sərhədçi OİM), 200 m brass üsulla Mələk Qayıbova (Sərhədçi OİM), Vəli İsrafilov (Sərhədçi OİM)  layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir