XXVIII SPARTAKİADANIN ATLETİKA DÖRDNÖVÇÜLÜYÜ YARIŞI BAŞA ÇATDI

  Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan oğlanlar və qızlar arasında atletika dördnövçülüyü üzrə yarışı keçirilmişdir. Yarışda 10 rayon komandası tərkibində 120 nəfər iştirak etmişdir.

  Qızlar arasında keçirilən yarışda I yeri Suraxanı rayonu təmsil edən 76 nömrəli tam orta məktəbin komandası, II yeri Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonunu təmsil edən 106 nömrəli tam orta məktəbin komandası, IV yeri Nərimanov rayonunu təmsil edən 82 nömrəli tam orta məktəbin komandası, V yeri Sabunçu rayonunu təmsil edən 80 nömrəli tam orta məktəbin komandası, VI yeri Yasamal rayonunu təmsil edən 21 nömrəli tam orta məktəbin komandası, VII yeri Binəqədi rayonunu təmsil edən 244 nömrəli tam orta məktəbin komandası, VIII yeri Səbail rayonunu təmsil edən 51 nömrəli tam orta məktəbin komandası, IX yeri Nizami rayonunu təmsil edən 220 nömrəli məktəb – liseyin komandası, X yeri Nəsimi rayonunu təmsil edən Texniki Humanitar Liseyin komandası tutmuşlar.

  Oğlanlar arasında keçirilən yarışın nəticəsinə görə I yeri Xətai rayonunu təmsil edən 17 nömrəli tam orta məktəbin komandası, II yeri Sabunçu rayonunu təmsil edən 80 nömrəli tam orta məktəbin komandası, III yeri Suraxanı rayonu təmsil edən 281 nömrəli tam orta məktəbin komandası, IV yeri Binəqədi rayonunu təmsil edən 244 nömrəli tam orta məktəbin komandası, V yeri Qaradağ rayonunu təmsil edən 319 nömrəli tam orta məktəbin komandası, VI yeri Nəsimi rayonunu təmsil edən Texniki Humanitar Liseyin komandası, VII yeri Səbail rayonunu təmsil edən 189 – 190 nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal rayonunu təmsil edən 173 nömrəli tam orta məktəbin komandası, IX yeri Nizami rayonunu təmsil edən 214 nömrəli tam orta məktəbin komandası, X yeri Nərimanov rayonunu təmsil edən Məktəb Lisey Kompleksinin komandası tutmuşlar. Yarışları Azərbaycan Atletika Federasiyasının hakimləri idarə etmişlər.
Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVIII spartakiadanın baş katibi Valentina Sultanova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi, XXVIII spartakiadanın mandat komissiyasının sədri Cəlil Əlizadə və digər rəsmi şəxslər iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.
XXVIII spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), atletika dördnövçülüyü (qızlar) və atletika dördnövçülüyü (oğlanlar) növləri üzrə yarışlarından sonra Xətai rayonu 15 xalla I yeri, Sabunçu rayonu 29 xalla II yeri, Qaradağ rayonu 32 xalla III yeri, Suraxanı rayonu 40 xalla IV yeri, Yasamal rayonu 40 xalla V yeri, Nəsimi rayonu 48 xalla VI yeri, Nərimanov rayonu 48 xalla VII yeri, Binəqədi rayonu 49 xalla VIII yeri, Nizami rayonu 53 xalla IX yeri, Səbail rayonu 54 xalla X yeri və Xəzər rayonu 79 xalla XI yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir