Juboksinq citsu üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində juboksinq citsu üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda Juboksinq İK, Polad İK, Maştağa İK, Sənan İK, Ağcabədi İK, Şahin İK, Sabunçu İK, Alov İK, Xaçmaz İK, Goranboy İK, Astara İK, Lənkəran İK, Binəqədi İK və Sabirabad İK-nı təmsil edən 350 idmançı mübarizə aparmışdır. Nəticələrə görə Məmməd Hakimiv, Əmirov Yusif, Samir Həsənov, Kazım Əliyev, Qasım Qasımov, Əli Məmmədov, Sadiq Məmmədov, Ruslan İlyasov, Sabir Nansurov, Qiyas Kərimli I yerə layiq görülmüşlər.

   Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir