Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında  “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.  Tədbrdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Gəncliyə Yardım Fondunun  prezidenti Ahmed Teçim, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, şagirdlər,  valideyn və müəllimlər iştirak etmişlər.

   Tədbir açıq elan olunduqdan sonra   toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səsləndi. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına göstərildi.

   Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun  prezidenti Ahmed Teçim Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

    Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. Rahu Qurbanova müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib.

     Baş İdarənin rəisi Raqif Abbasov  müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun Ümummilli Liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb və çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

   Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər Baş İdarə  tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular. Nəticələrə görə I yerə Firəvan Əlizadə (Səbail rayonu 7 saylı orta məktəb), II yerə Zərnigar Nəbiyeva (Nərimanov rayonu Humanitar lisey), III yerə isə Aysel Tahirova (Suraxanı rayonu  327 saylı orta məktəb) layiq görülmüşlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir