Əsgərlər arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş əsgər və zabitlər arasında  “Breyn-ring” intelektual oyunu keçirilmışdır.

  Yarışda 10 komanda iştirak etmişdir. Komandaların tərkibi 6 əsas və 2 ehtiyyat oyunçulardan ibarət olmuşdur. Komandalara verilən suallar Azərbaycan hərb tarixinə və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid edilmişdir. Nəticələrə görə I yerə “Bozqurd” komandası, II yerə “Qarabağ” komandası, III yerə “İntellekt” komandası çıxmışdır.

   Tədbirin sonunda qaliblər Baş İdarə tərəfindən  fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir