“Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.

  Azərbaycan Turizm və Menecment Universitetinin akt zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri arasında Birinci Yaz Olimpiadası çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir.
Oyunun keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Keçirilən oyunda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrindən ibarət 8 komanda iştirak etmişdir. Onlardan I yeri “Elit-Universal” komandası, II yerə “Abraksas” komandası, III yerə isə “Caspian” komandası tutmuşdur.

     Qalib gələn komandalar Baş İdarə tərəfindən diplom və medallar ilə təltif olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir