Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğuna səyahət

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan I kurs  tələbələrinin “Tariximizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində ekskursiya təşkil edilmişdir.

   Bu gəzinti nəticəsində tələbələr Azərbaycan tarixi və mədəniyyətinə canlı səyahət etmişlər. Ekskursiya zamanı tələbələrə bələdçi tərəfindən “Qala Orta əsr kəndi”, “Muzey kompleksi” və “Şərqi Abşeron axeoloji abidələri” haqqında ətraflı məlumat verilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

   Qeyd edək ki, Baş İdarə tərəfindən layihə çərçivəsində mütəmadi olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Azərbaycanın tarixini özündə əks etdirən muzeylərə, qoruqlara ekskursiyalar təşkil ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir