Otüstü hokkey üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Otüstü Hokkey Federasiyasının stadionunda otüstü hokkey üzrə  Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 6 komanda mübarizə aparmışdır. Yekun nəticələrə görə qızlar arasında I yeri 14 №li UGİM-2 komandası, II yeri 14 №li  UGİM-1 komandası, III yeri 14 №li UGİM-3 komandası, oğlanlar arasında isə I yeri 14 №li  UGİM-1 komandası, II yeri 14 №li  UGİM-3 komandası, III yeri 14 №li  UGİM-2 komandası tutmuşdur.

  Qalib komandalar Baş İdarə  tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir