CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

   Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 17 may 2016-cı il tarixdə Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində mini-futbol üzrə turnirin final oyunu keçirilmişdir. AFFA hakimi Vasif Əliyevin idarə etdiyi final oyununda Şahin komandası ilə Muğan komandası arasında əsas hissə 2 – 2 hesabı ilə qurtarmış, 7 metrlik zərbələrlə Şahin komandası Muğan komandasına 3 – 2 hesabı ilə (yekun hesab 5 – 4) qalib gəlmişdir. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuş, Cəzaçəkmə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

One thought on “CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir