Atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AzDBTİA-nın stadionunda  atletika üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda Neftçi İKİB, Təhsil RİM,  Spartak İC,  Atletika İK, Məhsul İC,Ümid İK, BTİ-nin 5 saylı İOEUGAM, Titan İK-nı təmsil edən 103 nəfər idmançı  iştirak etmişdir.  Nəticələrə görə kişilər arasında üçtəkanla tullanmada Səid Nəcəfzadə (Ümid İK), 100 m məsafədə Yevgeniy  Kasilov (Spartak  İC), 400 m məsafədə Arif Abbasov (Neftçi İKİB), 800 m məsafədə Hakim İbrahimov (Neftçi İKİB), 3000 m məsafədə Andrey Aranoviç (Məhsul İC), uzunluğa tullanmada Orxan Aslanov (BTİ №5), yadro növü üzrə İsmayıl Əliyev (BTİ), 200 m məsafədə Yevgeniy  Kasilov (Spartak İC), 1500 m məsafədə Andrey Aranoviç (Məhsul İC), hündürlüyə tullanmada Azər Əhmədov (Neftçi İKİB), qadınlar arasında isə 1500 m məsafədə Natəvan Etibarova (Təhsil RİM), üçtəkanla tullanmada Sarıyeva Yekaterina (Atletika İK), 400 m məsafədə Günel Vəliyeva (BTİ), 100 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), yadro növü üzrə Patimat Musayeva  (BTİ),  uzunluğa tullanmada  Yekaterina Sarıyeva  (Atletika İK), 800 m məsafədə Aynur Əsgərova (BTİ), 200 m məsafədə Zəkiyyə Həsənova (Neftçi İKİB), hündürlüyə tullanmada Aleksandra Biryukova (Neftçi İKİB) I yerlərə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir