Baş İdarədə cüdo yarışı ilə bağlı iclas keçirilib

  Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas  zalında 4 -5 iyun  tarixlərində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVIII  Beynəlxalq Bakı turnirinin keçirilməsi ilə bağlı iclas baş tutub.

  İclasda Baş İdarənin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, beynəlxalq turnirin baş hakimi Valeh Valehi və digər adiyyatı şəxslər turnirə hazırlıqla bağlı görülən işlər haqda geniş məlumat veriblər. Eyni zamanda, bundan sonra hazırlıq işlərinin davam etdirilməsi və görüləcək işlərlə bağlı müxtəlif təkliflər səsləndirilib, müzakirə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir