XXVIII SPARTAKİADA MİNİ – FUTBOL YARIŞI İLƏ BAŞA ÇATDI

     Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan mini – futbol növü üzrə yarışın final oyunları keçirilmişdir. V – VI sinif şagirdləri arasında keçirilən yarışın yekun nəticəsinə görə I yeri Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin komandası, II yeri Səbail rayonu 189 – 190 nömrəli tam orta məktəbin komandası, III yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası, IV yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, V yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, VI yeri Xətai rayonu 63 nömrəli tam orta məktəbin komandası, VII yeri Nərimanov rayonu 212 nömrəli tam orta məktəbin komandası, VIII yeri Nizami rayonu 328 nömrəli tam orta məktəbin komandası, IX yeri Qaradağ rayonu 319 nömrəli tam orta məktəbin komandası, X yeri Binəqədi rayonu 284 nömrəli tam orta məktəbin komandası, XI yeri Xəzər rayonunun komandası tutmuşlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, XXVIII spartakiadanın baş hakimi Adil Ağayev, Baş İdarənin baş məsləhətçisi, XXVIII spartakiadanın baş hakimin müavini Salman Əbdülov və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.
XXVIII spartakiadanın şahmat, stolüstü tennis, basketbol (oğlanlar), voleybol (qızlar), voleybol (oğlanlar), dördnövçülük (qızlar), dördnövçülük (oğlanlar) və mini-futbol növləri üzrə yarışlarından sonra Xətai rayonu 21 xalla I yeri, Sabunçu rayonu 34 xalla II yeri, Suraxanı rayonu 41 xalla III yeri, Qaradağ rayonu 41 xalla IV yeri, Yasamal rayonu 44 xalla V yeri, Nəsimi rayonu 51 xalla VI yeri, Nərimanov rayonu 55 xalla VII yeri, Səbail rayonu 56 xalla VIII yeri, Binəqədi rayonu 61 xalla IX yeri, Nizami rayonu 63 xalla X yeri və Xəzər rayonu 93 xalla XI yeri tutmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir