Üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilmişdir

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsiini tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində  üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempiontda 80 nəfər idmançı iştirak etmişdir. Nəticələrə görə 50 m məsafəyə arxa üstə üsulla Fatimə Alkərəmova  (Sərhədçi), Emin Əlizadə (Sərhədçi), 50 m məsafəyə sərbəst üsullaFatimə Alkərəmova (Sərhədçi), Sənan Heydərli (Sərhədçi),  100 m məsafəyə brass üsulla Valerya Mixaylova (Xətai), Vəli İsrafilov (Sərhədçi), 100 m məsafəyə batterflay üsulla Almaz Əliyeva  (Sərhədçi), Ramil Vəlizadə (Təhsil RİM), 100 m məsafəyə sərbəst üsulla Fatimə Alkərəmova (Sərhədçi), Sənan Heydərli (Sərhədçi), 200 m məsafəyə arxa üstə üsulla Yuliya Stisyuk  (Təhsil RİM), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m məsafəyə sərbəst üsulla Fatimə Alkərəmova (Sərhədçi), Sənan Heydərli (Sərhədçi), 50 m məsafəyə batterflay üsulla Almaz Əliyeva (Sərhədçi), Sənan Heydərli (Sərhədçi), 50 m məsafəyə brass üsulla Valeriya Mixaylova (Xətai), Vəli İsrafilov (Sərhədçi), 100 m məsafəyə arxa üstə Almaz Əliyeva (Sərhədçi), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m məsafəyə qarışıq üsulla Fatimə Alkərəmova (Sərhədçi), Elyar Cahangirbəyo (Sərhədçi), 100 m məsafəyə qarışıq üsulla Fatimə Alkərəmova (Sərhədçi), Sənan Heydərli (Sərhədçi) I yerlərə layiq görülmüşlər.

   Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir