“15 İYUN — MİLLİ QURTULUŞ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLMİŞDİR

  Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şuşa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş mini-futbol oyunu keçirilmişdir. Yarışmada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə Şuşa rayon Uşaq – Gənclər Futbol Məktəbinin yeniyetmə futbolçularından ibarət futbol komandası qarşılaşmışlar. Olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmada 10 – 8 hesabı ilə Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası qalib gəlmişdir.
Tədbirin bağlanış mərasimində Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə polkovnik – leytenantı Araz Rzayev, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və digər rəsmi şəxslər çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir