Fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil olunmuşdur.  Şamaxı turu 30 nəfərlik fiziki məhdudiyyətli gənclərin və onlara dəstək üçün Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə birgə baş tutdu.

   Onu da qeyd edək ki, fiziki məhdudiyyətli  və sağlam gənclərin iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir.

   Yol boyu müxtəlif mahnıların səsləndirilməsi ilə rəqslər və ifalar oldu. Şamaxı rayonuna çatan səyahətçilər nahar edib təbiəti seyr etməyə çıxdılar. Ərazini gəzdikdən sonra gənclər müxtəlif intelektual və əyləncəli oyunlarda iştirak edərək Bakı şəhərinə xoş təəssüratlarla qayıtdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir