Tələbələrin Şamaxı rayonuna ekskursiyası təşkil edilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup tələbələrin  Şamaxı  rayonuna ekskursiyası təşkil edilmişdir. Ekskursiyada Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunmuşdur. Ekskursiyada 30-dan çox  gənc iştirak etmişdir. Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir