Tennis üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyinin mükafatlanma mərasimi keçirilmişdir.

  25 iyul 2016-cı il tarixdə Bakı Tennis Akademiyasında Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tennis Federasiyası ilə birgə tennis üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyinin mükafatlanma mərasimi keçirilmişdir. Gənclər və İdman Nazirliyinin yaradılmasıının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Tennis Federasiyasının baş məşqçisi Yalçın Manaflı qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir