MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLDİ

  284 nömrəli tam orta məktəbin futbol meydançasında Binəqədi rayonu ərazisində məskunlaşmış Şuşa rayonunun yeniyetmələri arasında Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Baş İdarənin aparıcı məsləhətçisi Cəlil Əlizadə, Şuşa rayonu Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Xəlilağa Əlizadə və digər rəsmi şəxslər iştirak etmişlər. Yarışların baş hakimi Əbülqasım Novruzov raport verdikdək sonra natiqlər öz çıxışlarında yarış iştirakçılarını salamlamış, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir