14 saylı Cəzaçəkmə Müəssisəsində dama və şahmat turnirləri keçirilmişdir

   Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 27 iyul 2016-cı il tarixdə Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş dama və şahmat turnirləri keçirilmişdir.
Tədbirin rəsmi açılış mərasimində 14 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik – leytenantı Natıq Hacıyev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama və şahmat idman növləriü üzrə koordinator – kuratoru Salman Əbdülov öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulamış, iştirakçılara müvəffəqiyyətlər arzulamışlar.
Olimpiya sistemi üzrə keçirilən turnirlərdə dama üzrə I yeri Ulutozerlər Nəcməddin, II yeri Məmmədov İmran, III yeri Məmmədov Ramin, şahmat üzrə I yeri İbrahimov Emil, II yeri Həsənov Firudin, III yeri Fatehi Adil tutmuşlar. Qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir