Gürcüstanın Poti şəhərində reqbi üzrə beynəlxalq turnir keçirilmişdir.

    18-27 iyul 2016-cı il tarixdə reqbi üzrə Bakı şəhər yığma komandası məşqçi Vaqif Səadətxanın rəhbərliyi altında Baş İdarə tərəfindən Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirə ezam olunmuşdur. Turnirdə Rusiya, Türkiyə və Gürcüstandan olan 10 komanda iştirak etmişdir. Komandamız yüksək əzmkarlıq göstərərək III yerə layıq görülmüşdür. Üç gün davam edən turnirdən sonra komandamız təlim məşq toplanışı keçirtmişdir. Komandamızın ustalıq səviyyəsi turnirin digər komandaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilmiş və noyabr ayında Baş İdarə tərəfindən Bakıda keçirilməsi planlaşdırılan “9 noyabr Bayraq günü “nə həsr olunmuş açıq turnirdə iştirak etmək istəklərini bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir