Sabunçu rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

   Sabunçu rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2005-2006-cı illər təvəllüdlü uşaqlar arasında mini-futbol turnirinin oyunları Bakıxanov qəsəbəsində yerləşən “Futbol +” meydançasında keçirilmişdir. Yarışmada I yeri Şəfəq komandası, II yeri Məşəl komandası, III yeri Sabunçu komandası tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Sabunçu rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə və digər rəsmi şəxslər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir