“Sevinc” kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında iki yaş qrupu arasında   futbol üzrə “Sevinc” kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir.

   I yaş qrupu arasında  2002-2003-cü il təvəllüdlülər arasında yarimfinala çıxan Yasamal və Xəzər rayon komandaları arasında keçirilən oyunda 2:1 hesabı ilə Xəzər rayon komandası, Xətai və Nərimanov rayon komandaları arasında keçirilən oyunda isə 3:1 hesabı ilə Xətai rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Yasamal və Xətai rayon komandaları arasında keçirilən gərgin oyundan 3:1 hesabı ilə Yasamal rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Xəzər və Nərimanov komandaları arasında keçirilən oyunda 3:1hesabı ilə Xəzər komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Yasamal” komandası, 2-ci yerə “Xətai” komandası, 3-cü yerə isə “Xəzər” komandası layiq görülmüşlər.

      2004-2005-ci il təvəllüdlülər arasında  yarimfinala çıxan Binəqədi və Xəzər rayon komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə Xətai rayon komandası, Qaradağ və Xətai rayon komandaları arasında keçirilən oyunda isə 3:1 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Xəzər və Qaradağ rayon komandaları arasında keçirilən oyunda 0:2 hesabı ilə Qaradağ rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Xətai və Binəqədi komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Xətai rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Qaradağ” komandası, 2-ci yerə “Xəzər” komandası, 3-cü yerə isə “Xətai” komandası layiq görülmüşlər.

      Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir