Azərbaycan nümayəndə heyəti Olimpiadaya yola düşür

    Bu gün Azərbaycan nümayəndə heyəti Olimpiadaya yola düşür. Heydər Əliyev Beynəlxalq Hava Limanında Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimi keçiriləcək.  Nümayəndə heyətimizi aparan təyyarə gecə saatlarında  havaya qalxacaq.

   Qeyd edək ki,     Rio- de- Janeyroda  keçiriləcək Yay Olimpiya Oyunlarında yığma komandamız 18 idman növündə 56 idmançı ilə təmsil olunacaqdır. Komandamız indiyə qədər olan ən böyük nümayəndə heyəti və idman növü ilə medallar uğrunda mübarizə aparacaqdır.

    Olimpiyaçılarımıza bu mübarizədən üzü ağ çıxmağını arzulayırıqÜmid edirik  ki,  vətənə qalib idmançı kimi qayıdacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir