Çimərlik voleybolu üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Nabran çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər çempionatı keçirilmişdir.  Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə “Sərhədçi” komandası, II yerə “Xətai” komandası, III yerə isə “Xilasedicilər” komandası, qızlar arasında I yerə “Xətai-1” komandası, II yerə “Sərhədçi” komandası, III yerə isə “Xətai-2” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir