Atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

   Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Baş hakim İradə Heydərovanın rəhbərliyi ilə yarışlar 100 – 120 sm və 120 – 140 sm hündürlüyə tullanmaqla maneələrin dəf olunması üzrə keçirilmişdir. Yarışlarda 20 nəfər idmançı 11 ədəd atla iştirak etmişdir. 100 – 120 sm hündürlüyə tullanma üzrə yarışda I yeri Əliverdiyev Səməd “Hollywood IV” ləqəbli atla, II yeri Əhmədov Kənan “Bəyazit” ləqəbli atla, III yeri Salayev Həzrət “Voltram” ləqəbli atla, 120 – 140 sm hündürlüyə tullanma üzrə yarışda I yeri Salayev Həzrət “Voltram” ləqəbli atla, II yeri Qəhrəmanlı Cavidan “Rodriqo” ləqəbli atla, III yeri İbrahimov Ramil “Samur” ləqəbli atla tutmuşlar. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir