2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi keçirilib

   21 sentyabr-Beynəlxalq Sülh günü  münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

  Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı RGİİ-nin əməkdaşları və 2 saylı uşaq evinin müdiri Sevda Hacıyeva iştirak etmişdir. Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır.

   Rəsm müsabiqəsindən sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir