“Baku Open-2012” Beynəlxalq Şahmat Festivalı keçirilir
22 sentyabr 2012-ci il tarixdən Respublika Şahmat Mərkəzində start götürən “Baku Open-2012” Beynəlxalq Şahmat Festivalının “C” turniri davam edir. 12 yaşadək oğlanlar və qızlar arasında keçirilən turnirdə Bakı, Naxçıvan, Sumqayıt, Biləsuvar və Ağdam şəhər və rayonları ilə yanaşı Türkiyə və İran İslam Respublikasını təmsil edən 97 nəfər (onlardan 29 nəfəri qızlardır) idmançı iştirak edir. 3 turdan sonra paytaxt idmançıları – Mustafin Andrey (2 saylı UGŞİM), Mustafazadə Nigar (RİOEUGŞM), Ağayev Sadiq (1 №-li İOEUGŞDİM), Mirzəyeva Tofiqə xanım (1 №-li İOEUGŞDİM) və Manafov Vüqar (1 №-li İOEUGŞDİM) 3 xalla liderlik edirlər. Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir. 30 sentyabr tarixində başa çatacaq turnirin yekunlarına görə 8, 10 və 12 yaşadək oğlanlar və qızlar arasında qaliblər qiymətli xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.