Bakıda Kempo üzrə Avrasiya çempionatı keçiriləcək

  Oktyabrın 16-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçiriləcək.

   Çempionatda Avropa və Asiya dövlətlərindən olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə olaraq Bakıda təşkil olunur.

     Qeyd edək ki, Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək. Giriş sərbəstdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir