Gənc müəllimlər arasında bilik yarışması keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ rayonu Heydər Əliyev Mərkəzində  “5 oktyabr-Beynəlxalq müəllimlər günü”nə həsr olunmuş  gənc müəllimlər arasında bilik yarışması keçirilmişdir. Yarışa başlamazdan öncə  Baş İdarənin gənclərlə iş sektorunun müdiri  Zamin Əhmədov gənc müəllimləri  təbrik edərək, onlara  uğurlar arzulamışdır.

 Yarışmadan sonra qalib gəlmiş müəllimlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir