Gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

   Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində gənclər arasında (1998-1999-cu təvəllüdlülər arasında)  boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 86 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 49 kq çəki dərəcəsində Yadigar Əliyev (Gilan), 52 kq çəki dərəcəsində Elməddin Orucov (Rabitə İK), 56 kq çəki dərəcəsində Ramazan Abdullayev (Rabitə İK), 60 kq çəki dərəcəsində Orxan Həsənov (Rabitə İK), 64 kq çəki dərəcəsində Elton Məmmədov (Rabitə İK), 69 kq çəki dərəcəsində Tural Həsənov  (UGİM 13), 75 kq çəki dərəcəsində Rasim Çobanlı (Qəbələ İK), 81 kq çəki dərəcəsində Elxan Əliyev (Gilan), 91 kq çəki dərəcəsində Elbrus Əkbərov (Rabitə İK), +91 kq çəki dərəcəsində Ramiz Nadirov  (Gömrükçü İK)  I yerlərə layiq görülmüşlər.

    I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir