“MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsi keçiriləcəkdir.

  Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, İB klub və “Hədəf” Nəşriyyatının birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsi keçiriləcəkdir.

    Gənclərin son zamanlar mütaliəyə və idmana artan marağını nəzərə alaraq, müsabiqəyə aşağıdakı 3 istiqamət üzrə yazılar təqdim edilə bilər.

    1) “Mənim Velo-Hekayəm” – İştirakçılar bu nominasiya üzrə özlərinin və yaxınlarının yaşadıqları və ya velosiped idmanına marağın artmasına xidmət edəcək hekayələrini göndərə bilərlər;

    2) “Velosiped idman növünün cəmiyyətimizdə təbliği yolları” – Bu nominasiya üzrə iştirakçılar cəmiyyətimizdə həm sağlamlığımıza, həm də ekologiyamıza faydalı olan velosiped idman növünün populyarlaşması istiqamətində hansı addımların atılmasının və hansı tədbirlərin görülməsinin labüdlüyü haqqında araşdırma tipli yazılar təqdim edəcəklər;

   3) “Velosiped – sağlamliğimiz və ekologiyamiz” – Bu nominasiya üzrə iştirakçılar təqdim etdikləri yazılarda ekologiyamizda olan problemlərə toxunacaq və sağlamlığımıza təhlükə yaradan bir sıra problemlərin həllində velosiped idman növünün rolunu vurğulayacaqlar : Müsabiqəyə yazıların qəbulu 12 noyabr 2016–cı il tarixinədək davam edəcək. Hər istiqamət üzrə 3 qalib və 5 fərqlənən təyin olunacaq.

   MÜKAFATLAR:

    1) Hər nominasiya üzrə 3 qalib və 5 fərqlənən (ümumilikdə 24 qalib) diplom, pul mükafatı, qiymətli hədiyyələr və kitabla təltif olunacaq.

   2) Qaliblər bir ay ərzində Respublika Velotrekində və İB klubda kurslardan pulsuz yararlanmaq imkanı əldə edəcəkdir. 3) Ən yaxşı 100 yazı kitab halına salınaraq yazı müəlliflərinə hədiyyə olunacaq. MÜSABİQƏYƏ GÖNDƏRİLƏN YAZININ ŞƏRTLƏRİ: 1) “TİMES NEW ROMAN” formatında şrift 12 2) Həcm 2 səhifədən az və 5 səhifədən çox olmamalıdır.

     3) Yazının sonunda müəllif ad, soyad, ata adı və əlaqə nömrəsini qeyd etməlidir.

     4) Yazı ilə birgə fotoşəkil də göndərilməlidir.

     5) Hər nominasiya üzrə 1 yazı göndərmək imkanı var.

    Yazıları aşağıdakı elektron ünvana göndərə bilərsiniz: ibclubqeydiyyat@gmail.com Əlaqə nömrəsi: 012-480-34-61,055-238-40-08

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir