POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ YARIŞ KEÇİRİLMİŞDİR

     27 oktyabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çağırışa qədər və şağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları – baş məsləhətçi Salman Əbdülov, baş məsləhətçi Kamal Əhmədov və aparıcı məsləhətçi Cəlil Əlizadə iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 1000 m məsafələrə qaçış və turnikdə dartınma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri Xətai rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Binəqədi rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri Murad Paşayev  (Nizami rayonu), II yeri Nəriman Nəsibov  (Xətai rayonu), III yeri Murad Mirzəyev  (Xətai rayonu) tutmuşlar. Bundan əlavə 100 m məsafəyə qaçış növündə ən yaxşı nəticəni Nəriman Nəsibov (Xətai rayonu – 12,17 san), turnikdə dartınma növündə ən yaxşı nəticəni Fərman Rəhimov  (Xətai rayonu – 25 dəfə), 1000 m məsafəyə qaçış növündə ən yaxşı nəticəni Murad Paşayev  (Nizami rayonu – 3 dəq 21 san) göstərmişlər.

     Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir