Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilmişdir.

    Xəzər rayon Gənclər və İdman  İdarəsi tərəfindən 237 saylı nömrəli tam orta məktəbdə “9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü” münasibəti ilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə münsiflər heyəti qismində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı və bədii qiraətçi Ayaz Məmmədov, Mərdəkan Mədəniyyət Sarayının Bədii rəhbəri, uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov, Şüvəlan Mədəniyyət Evinin bədii rəhbəri Kəmalə Quliyeva iştirak etmişdir. Münsiflər heyətinin obyektiv qərarına əsasən I yeri 237 №li tam orta məktəbin şagirdi Quliyeva Ləman , II yeri 241 №li tam orta məktəbin şagirdi Məmmədova Günay, III yeri 120 №li tam orta məktəbin şagirdi Quliyeva Ruqiyyə tutmuşdur.

      Daha sonra “Mənim bayrağım” mövzusunda keçirilən rəsm və inşa yazı müsabiqəsində qalib gələn şagirdlər  Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir