“Mənim bayrağım” mövzusunda keçirilən şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə  Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü” nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilmişdir.

     Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, millət vəkili Qənirə Paşayeva, bəstəkar Sevinc Tofiqqızı iştirak etmişlər.

     Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

    Konfransda tədbirin əhəmiyyətindən söz açılıb, müsabiqənin 2 mərhələdə və Bakı şəhəri üzrə  11 inzibati  rayonu arasında keçirildiyi bildirilmişdir. Qeyd olunub ki, məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik gəncliyin yetişdiyinin bariz nümunəsidir. Bayraq gününün əhəmiyyəti hər birimiz üçün hiss edilməlidir, bu müsabiqədə iştirak edən məktəblilərin hər birisi qalibdir və bu kimi müsabiqələr məktəblilərin intellektual səviyyələrinin artırılmasına xidmət edir və gələcəkdə elmli gənclərin fomalaşmasına zəmin yaradır. Dövlət Bayrağı ən böyük mənəvi dəyər, müstəqilliyimizin, Azərbaycançılığımızın rəmzidir. Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.

   Daha sonra mükafatlandırma mərasimi keçirilib.  İlk öncə “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrində fərqlənmiş 8 şagird, sonra isə qaliblər müakafatlandırılıb. I, II və III yeri tutmuş və fərqlənmiş iştirakçılara Baş İdarə və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və pul mükafatı təqdim olunmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir