Yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman kompleksində yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilir. İki gün davam edəcək yarışın ilk günündə 350-ə yaxın idmançı mübarizə aparıb.  Nəticələrə görə oğlanlar arasında 46 kq çəki dərəcəsi üzrə I yerə Fərid Məmmədov , II yerə Aqşin Baxşəliyev, III yerə Nicat Məmmədli, Şükran Zamanlı, 50 kq çəki dərəcəsi üzrə  Nazir Talıbov, II yerə Yunis Yunisli, III yerə Murad İbrahimov, Çurad Abışov, 55 kq çəki dərəcəsi üzrə I yerə Əmrah Səlimli, II yerə Dadaş Rəhimov, III yerə Rəhim Aslanov, Murad Əlizadə, 60 kq çəki dərəcəsində I yerə Rəşid Məmmədəliyev II yerə Bahiyəddin Ağayev, III yerə Turqut Novruzov, Davud Abbaslı, qızlar arasında 40 kq çəki dərəcəsi üzrə  I yerə Vüsalə Kərimova, II yerə Sevda Nəbiyeva, II yerə Nigar Hacıramazanova, Lətifə Abbasova, 44 kq çəki dərəcəsində I yerə Aytac Qardaşxanlı, II yerə Fatimə Nəsibova, III yerə Şəfiqə Mollazadə, 48 kq çəki dərəcəsi üzrə I yerə Şəhanə Hacıyeva, II yerə Zeynəb Məmmədova, III yerə Fatimə Məmmədli, Nigar Əzimova, 52 kq çəki dərəcəsi üzrə I yerə Ülviyyə Bayramova, II yerə Vüsalə Quliyeva, III yerə Əsmər İskəndərova, Əzizə Cəfərova, 57 kq çəki dərəcəsi üzrə Sənubər Nəbiyeva, II yerə Əfsanə Kərimova, III yerə Rahidə Cavadova, Nərgiz Əliyeva, 63 kq çəki dərəcəsi üzrə I yerə Günel Bəkirzadə, II yerə Leyla Hüseynova, III yerə Məsməxanım Quliyeva, 70 kq çəki dərəcəsi üzrə I yerə Cəmalə Muqumova, II yerə Nərmin Əmirli layiq görülmüşlər.

 Uğur qazanmış  cüdoçular Baş İdarə tərəfindən medal və diplomarla təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir